İstanbulda yaşayan Azərbaycanın tarixi ailələrindən ikisinin nümayəndəsi Leyla Hoyhan dünyasını dəyişib.
Bu barədə araşdırmaçı-jurnalist Dilqəm Əhməd məlumat verib.
O bildirib ki, ata tərəfdən Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli Xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəvəsi, ana tərəfdən isə AXC-nin xarici işlər nazirinin müavini Adil Xan Ziyadxanovun nəvəsi, böyük Gəncə xanı Cavad xan Ziyadxanovun nəticəsi olan Leyla Hoyhan Türkiyədə vəfat edib.
Qeyd edək ki, L.Hoyhan bir müddət əvvəl Azərbaycanda və nəsillərinin formalaşdığı Gəncə şəhərində olub.