Axtarışa verilən sabiq icra başçısı həbs edildi

Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev Polşada həbs edilib.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub.
Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.
Qeyd edək ki, o, 1992-1993-cü illərdə ildə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olub.
E.Nuriyev hazırda Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədridir.