Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
10. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;
11. Babək prospekti, mərkəz istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. “20 Yanvar” dairəsində;
14. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.