TikTok-a qoyulmuş qadağalar aradan qaldırılmalıdır


“İnsanlar VPN istifadəsi ilə platformaya axın edir, bu da məlumatları daha da təhlükəyə atır”
 

  “Azərbaycanda TikTok qadağası hələ də davam edir. TikTok-un Azərbaycanda bloklanması müvəqqəti xarakter daşıyırdı. Platformanın bloklanması döyüş bölgəsindən həssas məlumatların yayımlanması ilə bağlı idi”.

  Texnobloqer, Mətbuat Şurasının İdarə Heyətinin üzvü  Fərid Pərdəşünas deyib ki, sentyabr hadisələrindən sonra platforma bağlı olaraq qaldı. Blokun hələ də davam etməsi ola bilsin ki, bölgədə hələ də düşmənin vaxtaşırı təxribatlar törətməsi ilə bağlıdır: “Yəni hər an ortaya həssas materiallar çıxa bilər. Lakin əlimizdə olan statistikalar göstərir ki, insanlar VPN istifadəsi ilə platformaya axın edir. Bu da məlumatları daha da təhlükəyə atır. Paralel olaraq TikTok üzərində fəaliyyəti olan brendlər, agentliklər əziyyət çəkirlər və fəaliyyətsiz qalıblar. Belə olan halda platformaya tətbiq olunan qadağanın aradan qaldırılmasının doğru yol olduğunu düşünürəm”.