Putin Tokayevi 2025-ci ildə Rusiyaya səfərə dəvət edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2025-ci ildə Rusiyaya dövlət səfəri edəcək.
"Report" Qazaxıstan bürosu xəbər verir ki, bu barədə onun rusiyalı həmkarı Vladimir Putinlə Astanada danışıqlardan sonra qəbul etdikləri birgə bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putin səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Qazaxıstan Prezidentini 2025-ci ildə ölkəsinə dövlət səfərinə dəvət edib.
Qazaxıstan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.
"Səfərin tarixi əlavə olaraq razılaşdırılacaq", - bəyanatda vurğulanır.