Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov da var.
“Yeni Sabah” bildirir ki, İlkin Nəsibov 2020-ci ilin avqustunda o zaman mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə təyin olunub.
Nəsibov İlkin Kamal oğlu 1987-ci ildə Goranboy rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini 2008-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bitirib. 2012-2020-ci illərdə “Ata Bank”da və “Kapital Bank”da məsul vəzifələrdə çalışıb.