Toyda sifariş verdiyi musiqi səslənmədi: Özünə xəsarət yetirdi

Gəncə şəhər sakini toyda sifariş verdiyi musiqi səsləndirilmədiyinə görə özünə xəsarət yetirib. 
Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1996-cı il təvəllüdlü Şahin Qaraşov şadlıq saraylarının birində olarkən sifariş verdiyi musiqinin səsləndirilmədiyindən əsəbiləşib.
O daha sonra yumruqla restoranın qapısındakı şüşəni sındırıb və nəticədə əlinə xəsarət yetirib.
Qeyd edək ki, hadisəni törədərkən Ş.Qaraşov sərxoş olub.