Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdirinin 423 min dollarını taladıqdan sonra izi itirmək üçün cinayət ortaqları ilə əlbir olub onu zəhərləyib öldürmək istəyən Nelli Fabriçnayanın məhkəmə prosesi davam etdirilib. Bu dəfəki prosesdə zərərçəkmiş Qarabağ Qazisi Əfqan Zeynalovun bacısı Hökümə Zeynalova şahid qismində ifadə verib. Şahidin söylədikləri prosesdə iştirak edənləri şoka salıb. Bunu görən təqsirləndirilən şəxsin vəkili prosesi pozmaq üçün şahidə cinayət işi ilə heç bir əlaqəsi olmayan çaşdırıcı suallar vermək istəsə də hakimin sərt xəbərdarlığından sonra susmağa məcbur olub.
Hökümə Zeynalova ifadəsində Nelli Fabriçnayanın qardaşı Əfqan Zeynalovu necə zəhərləməsi barədə ətraflı məlumat verdi: "Nelli deyirdi ki, Əfqanı öldürməyi məni məcbur edirlər, bu olmasa məni öldürəcəklər, ya da ki, Əfqanın 2 -ci sinif şaglrdi olan nəvəsini oğurlayıb 1 milyon pul tələb edəcəklər. Mən Nellinin bu sözündən sonra qardaşımoğlunun nəvəsini məkyəbdən çlxarıb rayona yola saldım. Nelli gəldi evə agladı ki, şikayət etməyin, 1 aya pulunuz qayıdacaq, sonra da məndən bütün bu cinayətləri məcburiyyətdən etdiyinə görə ağlaylb üzr istəyirdi. Onun bu etirafları zəng və vatsap yazısı ilə telefonumda var. Mənim qardaşlarımın, 2 əmim oglunun, qardaşım uşaqlarının illərlə min bir zəhmətlə yıgdlğı pula. Əfqan buldozer almalı idi. Əfqanın və qardaşlarım bu gündə Kəlbəcərdə yollarda zülmlə çöllərdə gecə-gündüz demədən işləyib bir nəsili saxlaylrlar. Amma bu cani həmin pulu oğurlayıb qardaşımı öldürüb pulun izin itirmək istəyirdi. Əfqanın zəhərlənib ölüm döşəyində yatdığı günlərdə hər gün bizə gəlirdi və dəfələrlə yanımda gizlincə xalasına zənğ edirdi ki, nə edim, bədən o qədər ğüclüdür ki, nə qədər dərman verirəm, Maştağalıq olmur ki, olmur (yəni dəli olmur) . Əfqan zəhərin təsirindən günlərlə anlaqsız vəziyyətdə qalmışdı..."
Hökümə Zeynalova ağlayaraq bildirdi ki, məcbur qalıb Nelliyə yalvarıb ki, qardaşımı öldürmə, nə qədər istəsən pul verəcəyik. Vəziyyətin qəlizləşdiyini görən Hökümə xanım Əfqanın böyük qardaşı Mamedə zəng edib rayondan təcili gəlməsini deyib. Əfqanın böyük qardaşı gələndən sonra Nelli qorxusundan qaçıb gizlənib, israrlı zənglərə cavabında hər dəfə bir bəhanə uydurub. Əfqanı xəstəxanaya apardıqdan bir müddət sonra onun qanındakı zəhəri yumaq mümkün olub və uzun sürən müalicə-bərpa prosesindən sonra onu ölümün pəncəsindən almaq mümkün olub.
Hollivud filmlərinin ssenarisinə haqq edən məhkəmə prosesi noyabrın 14 də saat 11- də davam etdiriləcək.
/Moderator.az/