Müdafiə Nazirliyi ehtiyatda olan hərbçinin ittihamlarına cavab verdi

Noyabrın 1-də bəzi internet kanallarında ehtiyatda olan hərbi qulluqçu Səbuhi Abdullayev Azərbaycanın Hərbi Hava Qüvvələri (HHQ) və onun müvafiq silah-sursat sistemlərini modernləşdirməsi layihələri haqqında həqiqətə uyğun olmayan və peşəkarlıqdan tamamilə kənar fikirlər səsləndirib.

Müdafiə Nazirliyindən Oxu.Az-a bildirilib ki, həmin şəxsin Hərbi Hava Qüvvələrimiz (HHQ) haqqında səsləndirdiyi fikirlər tam əsassızdır, yalan və iftiradan başqa bir şey deyil.

"Onun bu fikirlərini təxribat və qəsdən Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək cəhdləri kimi qiymətləndiririk. S.Abdullayevin həqiqəti əks etdirməyən və məsuliyyətsiz ittihamları ilə bağlı HHQ-nin komandanlığı onun barəsində məhkəmə-hüquq müstəvisində müvafiq tədbirlər görəcək", - məlumatda vurğulanıb.