Nazir: "Azərbaycanda əhali arasında kəskin respirator virus yayılıb"

"Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə yoxdur".
"Report" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, hazırda Azərbaycanda əhali arasında müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır: "Mövsümü qriplə əlaqədar xəstəxanalarda çarpayı fondunda heç bir yüklənmə və bu sahədə heç bir problem yoxdur. Tam dəqiq deyə bilməsək də, ümid edirik ki, pandemiya sona doğru gedir".