Ölkədə yerli dərman istehsalı ilə bağlı iri layihələrin həyata keçirilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, bu istiqamətdə Ələt Azad İqtisadi Zonasında artıq müəyyən işlər aparılır:
“Hazırlanan layihələr və həyata keçiriləcək tədbirlər sayəsində inanıram ki, qısa zamanda Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək”.