Pakistanın keçmiş Baş naziri İmran Xana sui-qəsdə cəhd edilib.
Belə ki, o, tərəfdarlarının yürüşünün atəşə tutulması nəticəsində ayağından yaralanıb.
Yerli KİV onun partiyasının beşə qədər nümayəndəsinin də yaralandığını yazır.
Cinayətkar saxlanılıb.
Xatırladaq ki, Pakistanda aprelin 10-da parlamentdə baş nazir İmran Xan və hökumətinə etimad səsverməsi keçirilib. Onun hökuməti etimad səsi ala bilmədiyi üçün Xan tutduğu vəzifədən azad edilib. Aprelin 11-də Şahbaz Şərif yeni baş nazir seçilib.