Fazil Məmmədovun ölüm xəbəri təsdiqləndi - YENİLƏNİB + CANLI YAYIM

Baku TV-nin əməkdaşları mərhum vergilər naziri Fazil Məmmədovun evinin qarşısından canlı yayıma çıxıb. 
Həmin görüntüləri təqdim edirik:
09:27

Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib. 
Bununla bağlı Oxu.Az-a mərhumun yaxınları məlumat verib. 
Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür. 
İlkin məlumata görə, sabiq nazir ötən gecə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.





09:00

Sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyi iddia olunur.
 Oxu.Az bildirir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Mərhumun nəşi bu gün Bakıya gətiriləcək.
Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.