Paurliftinq üzrə dünya və Avropa çempionu, Əməkdar idman ustası İsrafil Məmmədov saxlanılıb.
APA xəbər verir ki, Qazax rayon sakini olan İsrafil Məmmədov barəsində qazi Polis Şöbəsinə şikayət edib.
Qazax Rayon Polis Şöbəsinə dəvət olunan İsrafil Məmmədovun bölmənin fəaliyyətini pozduğu, polisin qanunu tələblərinə riayət etməyərək xırda xuliqanlıq etdiyi bildirilir. Xəbərə görə, İsrafil Məmmədov buna görə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov faktı təsdiqləyib. Bildirib ki, İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilib.