İntensiv bağçılıq layihəsinə 1 milyon manatdan çox güzəştli kredit ayrılıb - FOTO

“Fruit Aqro” MMC-nin Samux rayonunda reallaşdıracağı intensiv bağçılığın inkişafı layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1 milyon 50 min manat güzəştli kredit ayrılıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında bildirib.

Onun sözlərinə görə, layihənin icrası nəticəsində 50-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub.