Sabunçu sakinlərinə ŞAD XƏBƏR

 “Aztelekom”un xidmətləri ilə təmin olunacaqlar

"Azərbaycanda GPON (red.Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilir".
Bu barədə  "Aztelekom" MMC-dən"Sherg.az"ın sorğusuna cavab olaraq deyilib.

Qurumdan bildirilib ki,  layihənin əsas məqsədi 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin  GPON  və digər genişzolaqlı texnologiyalar əsasında sürətli internetlə təmin edilməsidir:

"Sabunçu rayonu, Şəhər Şosesi küçəsi, döngə 5 ünvanında fiber-optik kabelləşmə işləri gedir. 2023-cü ilin əvvəllərində GPON layihə üzrə tamamlanma işləri başa çatdırılacaq və həmin ərazidə yaşayan vətəndaşlar “Aztelekom”un xidmətləri ilə təmin olunacaqlar".

Qeyd edək ki, dekabrın 14-də redaksiyamıza şikayət daxil olub. Sabunçu qəsəbəsi, şəhər şosesi küçəsi ünvanında yaşayan sakin evlərində 6 ildir, telefon xətti olmadığını vurğulayıblar.