"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi. Həyat çox etibarsızdı. Allah rəhmət eləsin".
Bu yazını Vəkil Adəm Məmmədov öz Facebook hesabında paylaşıb.
Hadisə ilə bağlı "Sherg.az"a açıqlama verən vəkil Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi Qədimov Əli Şamil oğlunun səhhətində problem olduğunu bildirib.
O qeyd edib ki, hadisə Bakı Ağır Cinayətlər Məhkəməsindəki iclas zamanı baş verib:
"Çox gərgin proses idi və rəhmətlik ağır maddələr ilə ittiham olunurdu. Digər tərəfdən səhhətində də problemləri var idi. Bütün bunlar üst-üstə gəldiyi üçün ürəyi tab gətirmədi və dünyasını dəyişdi".