“Ermənilərlə barışın əsas yolu bundan keçir ki, sadə ermənilərlə danışmalıyıq. Onlara başa salmalıyıq ki, barışığa gəlsələr, vəziyyətləri indikindən dəfələrlə yaxşı olacaq. Vədlər vermək lazımdır”.
Bu sözləri “Sherg.az”a müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. O qeyd edib:
“Açıq deməliyik ki, sizə bu qədər maaş, müavinət veriləcək. Azərbaycanın pulu çoxdur. Vaxtilə Azərbaycanda yaşamış ermənilərə deyin ki, bu illər ərzində cinayətkar rejimin əsiri idiniz, amma indi Azərbaycan vətəndaşlığını qəbul etsəniz, illər ərzində yığılıb qalan müavinət və ya təqaüdlər özünüzə qaytarılacaq.
Təxminən 10-15 min dollar edir. Azərbayana qayıdan kimi biz onu sizə ödəyəcəyik. Bu da ermənilər üçün xeyli vəsait edir. Bunu eşidən erməni razılaşacaq.
Orada camaat çox kasıbdır. Varlılar da var, amma azdır. Ermənilər yoxsul yaşayırlar. Belə olan halda ermənilər Araikin yaxasından yapışıb deyəcəklər ki, imkan ver, pulumuz gəlsin.
Hesab edirəm ki, Azərbaycan hökuməti savaş potensialından istifadə etdiyi kimi, barış potensialından da istifadə etməlidir”.