"Əlimdə imkan olsa, iş saatının 10:30-da başlatmağı düşünürəm" - Acunu dəstəklədilər

iş saatlarının çoxluğunu tənqid etdi - "2 saatda dünya xilas olur?"

Türkiyəli iş adamı, "TV8" kanalının sahibi Acun Ilıcalının son açıqlaması gündəm olub.

Axşam.az xəbər verir ki, iş adamı qonaq olduğu proqramlardan birində mövcud iş saatlarından söhbət açaraq rejimi tənqid edib.

"İnsanların hər hansı saat çərçivəsində işə gəlməsinə qarşıyam. Bir gün əlimdə imkan olsa, iş saatının 10:30-da başlatmağı düşünürəm. Başa düşə bilmirəm, insanlar niyə səhər tezdən oyanmalıdırlar? Onlar yatmalıdırlar. Niyə daha gec başlamır iş? Həmin 2 saatda dünya xilas olur? Zatən ölkələr arasında saat fərqi var, həmişə yayını anında tuta bilmirsən. Səhər erkən oyanılmasına şiddətlə qarşıyam. Heç bir işçimi də səhər erkən oyatmamışam. Bəzi məqamlarda gecə toplantılarımız olur, amma ümumilikdə insanların rahat etməsini istəyirəm. Həyat fəlsəfəm insanların çalışarkən xoşbəxt olmasıdır" deyə, Acun bildirib.

Onun bu açıqlaması qısa zamanda sosial media seqmentində yayılaraq müzakirələrə səbəb olub. izləyicilərin çoxu iş adamının fikirlərinə haqq qazandırıb.