BMT Azərbaycan sülhməramlısını təltif edib 

BMT Cənubi Sudanda fəaliyyət göstərən Azərbaycan sülhməramlısını medalla təltif edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi məlumat yayıb.
Qeyd olunub ki, mayor İlkin Xəlilov BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə BMT-nın medalı ilə təltif olunub.