Azərbaycanda məktəbli oğlan anasının sevgilisini bıçaqladı

Tərtərdə bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə yanvarın 5-də rayon ərazisində qeydə alınıb.
Rayon sakini olan 16 yaşlı R.H. həmyerlisi H.D.-ni bıçaqlayıb.
Məlumata görə, H.D. R.H.-nin anasının sevgilisi olub. Onun qısqanclıq səbəbi ilə hadisəni törətdiyi bildirilir.
Qeyd edək ki, həmyerlisini bıçaqlayan R.H. Tərtər rayonundakı orta məktəblərin birinin 10-cu sinfində təhsil alır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, faktla bağlı Tərtər Rayon Polis Şöbəsində istintaq aparılır.