Bakıda siçovullarla dolu ət dükanı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB + VİDEO

Keşlə bazarında ət kəsimi məntəqəsində siçovullar olması ilə bağlı məsələ araşdırılacaq.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, qeyd olunan məsələ Agentlik tərəfindən nəzarətə götürülüb.
“Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

12:25

Bakıda ət kəsimi məntəqəsində siçovullar at oynadırlar.

Bu barədə Oxu.Az-ın redaksiyasına videogörüntü göndərilib.

Vətəndaş bildirib ki, söhbət Keşlə bazarı yaxınlığındakı ət kəsimi məntəqələrindən birindən gedir.

Videodan da göründüyü kimi vitrin üzərindən asılan ətlərin üzərində siçovullar gəzirlər.

Həmin görüntüləri təqdim edirik: