Təcili tibbi yardım maşını yolda qaldı - Köməyə FHN çatdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Türkədi kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində avtomobilin yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılması təmin edilib.