Qarda sürüşərək yıxılan 25 nəfər təcili tibbi yardıma müraciət edib - YENİLƏNİB

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub.
Bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub. 
Xəsarət alanlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub. 
Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

14:24
Hava şəraiti ilə əlaqədar olaraq dünən axşam saatlarından etibarən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 12 nəfər müraciət edib. 
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib. 
Bildirilib ki, 11-i qadın, 1- i kişi olmaqla ümumilikdə 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. Zərərçəkənlərə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə isə qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına isə 16 müraciət daxil olub. Onlardan 13-ü qadın, 3-ü kişidir. Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin travmaları ilə bağlı olub. Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.

11:46
Ötən gün gecə saatlarından başlayan qarlı hava şəraiti səbəbindən insanlar səkilərdə hərəkət zamanı çətinliklər yaşayırlar. Son məlumata görə, hava şəraiti ilə bağlı 1 nəfər xəsarət alıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 
Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində 73 yaşlı 1 kişi yıxılıb. Hadisə nəticəsində o, bud-çanaq oynağı travması ilə hospitalizasiya olunub.