Səhlab Bağırov yeni vəzifəyə təyin edildi - YENİLƏNİB

Polis general-mayoru Səhlab Bağırov yeni vəzifəyə təyin edilib. 
Oxu.Az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.
Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.
17:55
Əlahiddə Çevik Polis Alayının rəisi işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.