Vilayət Eyvazovdan Səhlab Bağırovun yerinə təyinat 

Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib. 
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 
Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyin edilib. 
Məlumatı Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev təsdiq edib.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.