Sosial şəbəkədə "Uber" taksi şirkətinin sürücüsü affekt vəziyyətə düşdüyü görüntülər yayılıb.
"Sherg.az" xəbər verir ki, "Uber" sürücüsünün görüntüləri istifadəçiləri təşvişə salıb.
Belə ki, həvəskar çəkilişi edən şəxs sürücüyə yaxınlaşır və deyir: "Qardaş, yaxşısan, salamatlıqdır?". Sürücü isə "hə" deyə cavablayır.
Videoya "tətbiqi telefondan sildim", "adam taksiyə minməyə qorxur", "vay, vay, məktəbə taksi ilə uşaq göndəririk, uzaq olsun" kimi şərhlər gəlib.