Deputat:“Fazil Mustafa xurafata qarşı çıxan millət vəkilidir”

"Deputat həmkarım dəyərli Fazil Mustafaya qarşı olan silahlı hücum təkcə onun şəxsinə yox, ölkəmizə, dövlətimizə qarşı yönələn bir terror aktıdır. Həmçinin cəmiyyətimizdə qorxu yaratmaq, ölkəmizdəki sabitliyi pozmaq kimi cəhdlərə yönəlik bir addımdır".
"Sherg.az" xəbər verir ki, bunu millət vəkili İltizam Yusifov həmkarı Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
-Fazil Mustafa həmişə dəyərli fikirləri ilə cəmiyyətdəki bütün proseslərə münasibət bildirən, ictimai-siyasi proseslərdə aktiv iştirak edən bir siyasi xadim kimi, həm də cəhalətə, xurafata qarşı çıxan dəyərli bir millət vəkilidir. Bu cür fikirlərlər isə sivil, dünyəvi dövlət əleydarlarını həmişə narahat edir.
Əminəm ki, hüquq-mühafizə orqanlarımız tezliklə müvafiq tədbir görəcək və cinayətkarlar öz cəzasını alacaqlar. Dəyərli Fazil Mustafaya Allahdan şəfa diləyirəm"-, parlamentari əlavə edib.