Şəhid Vidadi Zalovdan yadigar iki övladı qalıb

Şəhid Vidadi Zalov ailənin tək oğul övladı olub.
Bu barədə Oxu.Az-a şəhidin ailə yaxınları məlumat verib.
Onların sözlərinə görə, şəhid iki bacının bir qardaşı olub:
“Özü də ailəli idi. İki azyaşlı - bir qız, bir oğlan övladı vətənə yadigar qaldı. Şəhid Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub”.