İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu David Alabanın 2024-cü ildə meydana çıxmayacağı dəqiqləşib.
"Report" "Relevo"ya istinadən xəbər verir ki, ön çarpaz bağı yırtılan müdafiəçinin oktyabrda sağalması gözlənilsə də, bərpa prosesi gecikib.
Avstriyalı futbolçu fərdi məşqlər etsə də, onun 2025-ci ilin yanvar ayında komandaya qoşulacağı məlum olub.
Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın 17-ci turunda "Vilyarreal"a matçda ciddi zədə almışdı.