Səbuhi Tağıyevin atası: “Son dəfə şəhid olduğu gün danışdı” - VİDEO

“Oğlumun öldüyünü qəbul edə bilmirəm”.
Bu sözləri Laçında erməni təxribatı nəticəsində şəhid olan Səbuhi Tağıyevin atası Gündüz Tağıyev Baku TV-yə açıqlamasında deyib.
G.Tağıyev oğlu ilə son dəfə elə şəhid olduğu gün danışdığını deyib.
“Arzusu da elə Qarabağ torpağına getmək idi. Onu ora qismət apardı”, - deyə şəhid atası əlavə edib.
Ətraflı süjeti təqdim edirik: