Twitter-dəki köhnə mavi tıklar silinir - Səbəb

Aprelin 20-dən etibarən köhnə təsdiqlənmiş hesab proqramını tədricən dayandırılacaq və köhnə mavi tıklar silinəcək.
Bakupost.az xəbər verir ki, bu haqda İlon Mask açıqlama verib.
O bildirib ki, Twitter Blue-nun aylıq abunə sistemini ön plana çıxarmaq məqsədilə bu qərara gəlinib.
Bu cür mavi nişanı olan istifadəçilər artıq Twitter Blue xidmətinə abunə olmalı olacaqlar.