Ölkəyə gətirilən dərmanlarla bağlı məsələyə aydınlıq gətirildi

Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Komitə vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Qanunun 9.4-cü bəndinə əsasən Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.