COVID-19 yenidən mutasiyaya uğradı - "Arcturus"

Milyonlarla insanın ölümünə səbəb olan COVID-19 virusu yenidən mutasiyaya uğrayıb.
Bakupost.az xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elan edib.
"Arcturus" adlı yeni alt variantda virusu daha yoluxucu edən mutasiyalara malik olduğu açıqlanıb.
Virus Hindistanda aşkar edilib.
Ölkədə gündəlik yoluxma hallarının sayı 3 min nəfəri keçib.
Yoluxma sayının artması ilə Hindistan Səhiyyə nazirliyi həkimlərin fəaliyyətini nəzərdən keçirmək üçün təlim keçirməyə qərar verib.