Bu ölkədə gənclərə ayda 490 dollar veriləcək - Qərar

Cənubi Koreya hökuməti gənclərin ictimailəşməsi üçün tədbirlər görüb.
Bakupost.az xəbər verir ki, ölkə 9-24 yaş arası asosial gənclərin təhsili, peşəyönümü və sağlamlığının dəstəklənməsi üçün ayda 490 dollar müavinət veriləcək.
Hökumət bu addımı ilə ölkədə “hikikomori” kimi tanınan və gənclər arasında pandemiyaya çevrilmiş asosializmi aradan qaldırmağı hədəfləyir.
Bununla bağlı Gender Bərabərliyi və Ailə Nazirliyi qərar qəbul edib.
Nazirlik evdə oturan gənclərin ictimai həyatda iştirakına dəstək olmağa davam edəcəyini vurğulayıb.