Ermənistanda tapılan itkin əsgərin anası danışdı - VİDEO

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycanən iki nəfər əsgəri - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu 5 aprel tarixində itkin düşüb.
Bakupost.az Toplum Tv-yə istinadən xəbər verir ki, itkin düşən əsgərlərdən Hüseyn Axundovun anası Şəlalə Axundova oğlu barədə bir xəbər almaq ümidilə gözlədiyini deyir.
Hüseyn Axundov Mehdiabad qəsəbəsində yerləşən bu evdə doğulub. Anası Şəlalə Axundova deyir, övladlarını qonşuların etdiyi yardımlar hesabına böyüdə bilib.
Müdafiə Nazirliyi Toplum Tv-yə bildirib ki, itkin düşən hərbçilərin axtarışı davam etdirilir. 13 aprel tarixində sosial şəbəkələrdə Hüseyn Axundovun işgəncə altında olduğunu əks etdirən foto və videolar yayılıb. Ermənistan Müdafiə Nazirliyi itkin hərbçilər Aqşin Bəbirovun 10, Hüseyn Axundovun isə 13 aprel tarixində əsir götürüldüklərini təsdiqləyib.