"Sosial işçiSən" layihəsi başa çatıb.
Bu barədə "Sherg.az"a Sosial işçiSən" layihəsinin rəhbəri, Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi Gülnar Vəliyeva məlumat verib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və “Gənc Sosial İşçilər”in təşkilatçılığı ilə reallaşdırılıb.
Layihənin əsas məqsədi gənc sosial işçilər və sosial işə marağı olan gənclər arasında sosial iş, sosial işçinin fəaliyyəti və sosial işin peşə sahələri barədə məlumatlılıq səviyyəsini yüksəltmək, gənclər arasında sosial iş sahəsinin düzgün şəkildə təbliğini təmin etmək, savadlı sosial iş sahəsi üzrə mütəxəssislərin yetişməsinə dəstək olmaqdır.
Layihə müddətində peşəkar mütəxəssislər tərəfindən 5 mövzu üzrə xüsusi proqram tədris edilib.
Ümumilikdə layihədə 30 gənc iştirak edib. Sonda iştirakçılar sertifikatla təltif olunublar.