Nazir polis rəisini işdən çıxardı

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyev vəzifəsindən azad edilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Cəmşid Hənifəyev təqaüdə göndərilib.