FETÖ-nün Azərbaycan üzrə cavabdeh şəxsi həbs olundu

Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Türkiyəyə gətirilən FETÖ terror təşkilatının hazırkı maliyyə strukturunun adlarından biri olan Mehmet Cintosun Elazığda həbs edilib.
Bakupost.az TRT Haber-ə istinadən xəbər verir ki, Mehmet Cintosun bu gün məhkəmə qarşısına çıxarılıb.
Xatırladaq ki, M. Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda rəhbər şəxs kimi fəaliyyət göstərib.
Cintosun, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı il 15 iyul çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.