Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan şahzadə Harri və həyat yoldaşı Meqan Markl bu dəfə NBA komandalarından olan Los-Angeles Lakers-in matçında diqqət mərkəzində olublar.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Harri ilə Megan zalın yuxarısında quraşdırılan və matç zamanı izləyicilərə fokuslanaraq, monitorda aşkar etdikləri cütlüklərin öpüşmə anlarını əks etdirən "Kiss Cam"a yaxalanıblar.
Belə ki, Harri ilə Meqanı görən minlərlə tamaşaçı qəfildən cütlüyü alqışlamağa başlayıb və onlardan öpüşməyi tələb ediblər.
Alqışların ardından Harrinin əyilərək həyat yoldaşını öpməyə çalışdığı, Meqanın isə əli ilə ərini nəzakətlə itələyərək öpüşməkdən imtina etdiyi anlar sosial şəbəkədə izləyicilər tərəfindən paylaşılıb.
Mənbə: Hürriyət qazeti