Türkiyə kəşfiyyatı İŞİD liderini məhv etdi

Türkiyə kəşfiyyatı Suriyada "İslam dövləti" terror təşkilatının lideri Əbu Hüseyn əl-Qureyşini məhv edib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Türkiyə milli kəşfiyyatı uzun müddət idi ki, Əbu Hüseyn əl-Qureyşini izləyirdi. Dünən o, Türkiyə kəşfiyyatının keçirdi əməliyyat nəticəsində məhv edilib", - Ərdogan deyib.