İdeal bədən quruluşu arzusunda olan bir çox qadınlar kimi Vivian Lira da internetdən tapdığı estetik cərraha əməliyyat etdirib.
“Medicina” xəbər verir ki, Braziliyalı qadın eyni gündə bədənində 5 əməliyyatı birdən etdirib: liposaksiya, süd vəzi, omba əməliyyatı və s.
8 saat çəkən əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və onu emboliya, ağır infeksiya diaqnozu ilə reanimasiyaya yerləşdiriblər. Lakin 22 gün sonra 24 yaşlı qadın ölüb.
Ailəsi bildirir ki, son 3 sutkaya qədər o anlaqlı vəziyyətdə idi və doğmaları ilə vidalaşırdı.
Qadının əri cərrahdan şikayət edib.