Konyanın Beyşehir rayonundakı Qırmızı Şam meşələrində Türkiyəyə xas olan yeni əqrəb növü aşkar edilərək ədəbiyyata daxil edilib. Bu yeni növ "Euscorpius gulhanimae" adlandırıldı. Türkiyədə 21 ildir ki, əqrəblərlə bağlı araşdırmalar aparan prof. Dr. Ersen Aydın verdiyi dəstəyə görə yeni kəşfinə həyat yoldaşı Gülhanım Yağmurun adını verib. Prof.essor aşkarlanan növün insan sağlamlığı üçün təhlükə yaratmadığını bildirib.
Sherg.az xəbər verir ki, 21 ildir Türkiyə və ətraf ölkələrin əqrəbləri ilə bağlı araşdırmalar apardığını bildirən Prof. Dr. Yağmur, “Tədqiqat işlərim zamanı təsvir etdiyim bu yeni növlə Konya vilayətinin Beyşehir rayonundakı Dədəgöl dağının ətəyində və Beyşehir gölündəki Hacıakif adasında rastlaşdım" deyib.
Prof. Dr. Yağmur kəşf etdiyi növə "Euscorpius gulhanimae" adını verərək, onu həyat yoldaşı Gülhanım Yağmura ithaf edib. Prof. Dr. Yağmur əlavə edib ki, "Euscorpius gulhanimae" növünün zəhəri təsirli deyil və insan sağlamlığı üçün təhlükə yaratmır.
Aşkar edilən əqrəb növü Alaşehir Peşə Məktəbi Muzeyində sərgilənir.