Mənim babam bir həkimdir, insanları sağaldır


  Hərşeydən əvvəl babamın Tərcümey halına nəzər salmağı vacib bilirəm.
Babam, Mürsəlov Sabir Şeyx Məhəmməd oğlu 1938-ci ildə Qax rayonun Malax kəndində anadan olmuşdur.Babamın 10 yaşı olanda anası,15 yaşı olanda isə din xadimi olan atası dünyasını dəyişib.Babam orta məktəbi bitirdikdə passport almaq üçün Qax rayonuna gəlir.Deyilənə görə həmin dövrdə pasport almaq çox çətin idi. Babam ümüdünü üzüb, bağdakı oturacaqda oturaraq fikrə dalmışdı.Elə bu zaman yanında təxminən 10 yaşlarında olan bir uşağın dayandığını gördü.Uşaq babamdan niyə qəmgin olduğunu soruşdu və səbəbini bildikdə,balaca Sabiri xəstəxanada həkim işləyən anasının yanına apardı.Məhz anasından xaiş etdiki,bu oğlanın pasport almasına kömək etsin.
Beləliklə,babam, Sabir Mürsəlov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul oldu.Daha sonra isə Azərbaycan Tibb İnstutuna qəbul olur.1967-ci ildə Tibb İnstutunu bitirən babam, Sabir həkim,Oğuz rayonunun Padar kəndinə təyinat alır.

Yaxınlarının danışdığına görəbabam, balaca Sabir qoz qabıqlarını un kimi olanadək əzib yeyərək bu cür oxuya bilmişdi.Yetimliklə böyüyən babam, həkim işləməyə başladığı gündən hər kəsin diqqətini cəlb edir.Babamın savadı,qayğıkeşliyi,əməlisalehliyi tək Oğuzda deyil,ətraf rayonlarada öz səsini duyurur.
BabamŞair təbiətli insan idi.Çox gözəl şeirlər yazırdı.Müasirlərindən yazıçı Gəray Fəzli,Şair Qəmşad Rza,Sərdar Əsədlə dostluq edirdi. Babamın sağlığında “Turağay nəğməsi” adlı Şeirlər Kitabı çap olunub.
Babamın bir neçə şeirlərini sizə təqdim etmək istəyirəm.
“Rəssam məni belə çək”
Köynəyimi mavi çək,
Plaşımı boz götür.
Ayağıma səpməyə 
Bir ovucda toz götür.
Çək divarlar yanında,
Brezent plaşda çək.
Bir əlimi çəkicdə,
Bir əlimi daşda çək.
Elə çək ki, alnımda
Tər axın-axın olsun.
Elə çək ki, hər yerdən
Xəzərə yaxın olsun.
Mən Odlar yurdundanam,
Üzüm solğun olmasın.
Sinəm dolu olsa da,
Gözüm dolğun olmasın.
Elə çək ki, zəhmətə 
Qəlbimdə dözüm olsun.
Dünyanı dünya kimi
Görməyə gözüm olsun.
“Baba və nəvə”
Gah çörək qabını, gah su qabını,
Gah da ki, xurcunu gətirir nəvə.
Geyib corabını, ayaqqabını
Babanın yükünü götürür nəvə.
Baba hey düşünür...Eh, görəsən mən
Günün qızmarına onu qıyımmı.
Onu danlamaq da gəlmir əlimdən,
Onu aparımmı, aparmıyımmı?
Bir ovuc sünbül də körpəyə yükdü,
Evdə intizarla gözləyən nənə.
Çörək qazanmağın adı böyükdü,
Əlləri çörəkli qayıdır nəvə.
Yoğrulur xəmir də, bişir kökə də,
Bu nəvə zəhməti-sünbül unudu.
Baba öz payına düşən tikədə
Çörəyin ən şirin tamını duydu.
“Meşənin nəyi qaldı?”
Kəsildi qoca palıd,
Kəsildi küknar, qovaq,
Meşələr oldu dumağ
Düzən havası oldu.
Meşələrin havası.
Ağacların ucunda
Getdi quşun yuvası.
Qırıldı cavan, vələs,
Meşənin nəyi qaldı?
Meşə getdi,
Meşədə
Tək meşəbəyi qaldı.
“Ana məhəbbəti”
Döyüş illərində anam köçüb dünyadan,
Bəlkə məndən hələ dənigarandır,nigaran.
Anam nigarandı ki, məni anasız qoyub,
Fikirlərin içində o, məni yalqız qoyub.
Anam nigarandı ki, bu dünyadan tez köçüb,
Həsrətindən qəlbimə lalə köçüb, köz köçüb.
Anam nigaran köçüb ana qayğılarından.
Bir ev anasız qalıb.
Bir çəmən qızılgülsüz,
Bir göl sonasız qalıb.
Dünyamızın qayğısı bir analıq azalıb
Yuxusu daşa dönüb divarlara hörülüb.
Hər gözümü yumanda gözlərimə görünüb.
Aramız uzaq deyil,
Hara gedirəmsə çiynimdə qayğıları,
Həsrəti zərrə-zərrə süzülübdü qanıma,
Ömürlük nigaranam məndən nigaranıma.

Babam çoxlarının ümid yeri idi beləki, babam hərkəsə kömək etmək üçün çalışırdı. O tək yaxınlarına, dostlarına qarşı deyil.Tanımadığı, ilk dəfə gördüyü insanı belə qapıdan çevirməzdi. Babam insanlara çox dəyər verirdi.
   Babamla bağlı gözəl xatirələrim çoxdur:
 “Babamın yanına bir gün bir kişi gəlir. Babam baxdıqdan sonra kişi babama pul verir. Babam isəpulu qebul etmir. Deyir ki, bu pulla özünə dərman alarsan. Mən bu hadisəni çox görmüşdüm. Bir gün xəstə gedəndən sonra babamın yanına getdim.
-Baba niyə pul almırsan?. 
-Böyüyəndə bilərsən mənim əziz Mədinəm. 
Bəli,indi hərşeyi daha yaxşı başa düşürəm. Mənim babam məhz kasıbların dostu idi”
Babamın şairlik irsi bacıma və mənədə keçdi. Beləki balaca yaşlardan biz artıq şeir yaza bilirdik.
            “Bağçaların,bağların”
Nə gözəldir bağçalar, nə rənglidir bu bağlar
Bağçaları, bağları bəzəyən bu bağbanın 
Necə gözəl zövqü var, necə gözəl dili var.
Bu rəngli ağacların, gözəl yaşıllıqların
Bu yerlərin baharı, bu yerlərin qışı var.
Hər mövsümdə bir ilham, hər mövsümdə həyat var.
Oksigeni azotu,həyat verir dünyaya bizim bu kainata.
Mürsəlova Gülxar (8-ci sinif)
“Azəybaycan”
Azərbaycan ana yurdum,hər tərəfli tək ulduzum
Bu qüdrətin igidlərə dərman oldu.
Neçə-neçə qəhrəmanlar həlak oldu
Ermənilər başımıza bəla oldu
Qarabağın dağılması ölkəmizə bir dərd oldu.
Azərbaycan dərdimizə bir məlhəm tap
Azərbaycan ümüdümə ümüdlər qat
Ey Təbrizim azəriyə bir can tap!
Onda olar azərilər Azərbaycan!
Gələr torpaq, gələr həyat, gələr can!
Mürsəlova Mədinə (8-ci sinif)
“Vətənim mənim” 
Başqa bir obaya gedə bilmərəm,
Sənsiz heç bir yana vətənim mənim.
Ölsəm bu torpaqda basdırın məni,
Kəfənli qəbrimdir, vətənim mənim.
Mürsəlova Mədinə (9-ci sinif)


Mürsəlova Mədinə