Vasif Talıbovun qudası işdən çıxarıldı 

İşdən azad edilən Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qudasıdır.
Bununla bağlı APA məlumat yayıb. 

09:08

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru Bəhruz Əzimov vəzifəsindən azad edilib.
“Report”un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bəhruz Əzimovun yerinə isə Cəlal Mehdiyev təyin olunub.

Cəlal Mehdiyev dünən kollektivə təqdim edilib.