"Trendyol"dan birbaşa sifarişin qaydaları - Bundan sonra belə olacaq

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a bundan sonra Azərbaycandan aldığı sifarişləri birbaşa istifadəçilərin yaşadığı ünvana çatdıracaq.
Bəs, sifarişləri necə vermək olar? Bunun üçün hansı qaydalara əməl etmək lazımdır?
Bakupost.az xəbər verir ki, bununla bağlı "Trendyol"un saytında məlumat paylaşılıb.
Məlumatda alıcının 5 mərhələdən keçərək sifarişini tamamlaya biləcəyi qeyd olunub:
1. “Azerbaycan Adresinden Teslim Al” seçiminə kliklə.
2. Səbətə “Azerbaycan teslimatına uygun” yazılan məhsul və ya məhsulları əlavə et.
3. Çatdırılma ünvanı olaraq Azərbaycan ünvanınızı yazın və ya sizin üçün ən əlverişli qəbul nöqtəsini seçin.
4. Gömrük bəyannaməsi SMS-i gəldikdən sonra e.customs.gov.az ünvanına və ya Smart Customs tətbiqinə daxil ol. Gömrük bəyannaməsini tamamla.
5. Bağlamanı fin kod ilə təslim al.
Eyni zamanda, saytda Gömrük bəyannaməsini necə hazırlanmaq lazım olduğu da izah edilib:
-e.customs.gov.az ünvanına və ya Smart Customs tətbiqinə daxil ol.
- Sadələşdirilmiş bəyannaməyə klikləyərək Elektron Ticarət bölməsini seç.
- Müvafiq bəyannaməni seçdikdən sonra şəxsi məlumatlarını doldur.
- Bağlama haqqında tam gələcək məlumatı yoxla.
- Bağlamaya daxil olan məhsul və ya əşyaları əlavə et.
- Bəyannamənin təsdiqini tamamla. Əlavə rüsum tələb olunarsa, onlayn ödə.
Azərbaycan gömrük qanunvericiliyinə uyğun olaraq, xaricdən ayda cəmi 300 ABŞ dolları məbləğinədək alış-veriş üçün gömrük rüsumu tutulmur. Bu limiti aşdığın zaman sifarişinə görə gömrük rüsumu ödəməlisiniz.
Həmçinin saytda “Sifarişim nə zaman gəlir?”, “Fakturamı necə əldə edə bilərəm?”, “Çatdırılma rüsumu varmı?” kimi sifarişçilər tərəfindən tez-tez verilən suallara da cavab verilir.
Sizi maraqlandıran suallarla ətraflı şəkildə bu linkə daxil olaraq məlumat əldə edə bilərsiniz:
https://www.trendyol.com/s/azerbaycandan-alisveris