Aysun və Eşqin cütlüyü boşandı - FOTO

Müğənni Aysun İsmayılova həyat yoldaşı Eşqin Cəlilovdan boşanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Eşqin instaqramda paylaşım edib.
O, nikahın pozulması haqda şəhadətnaməni paylaşaraq ötən ayın 1-i boşandıqlarını bildirib.
Cəlilov paylaşımına “Filmin sonu” şərhini yazıb.
Müğənni isə özü bu barədə məlumat yayıb: "Eşqin Cəlilov ilə ailə münasibətlərimiz alınmadığından qarşılılı razılığımız əsasında nikah münasibətimizə xitam verdik", - deyə o qeyd edib.