İranda hər sutkada dörd nəfər edam edilir - FOTO

İran İnsan Haqları Təşkilatının mayın 5-də yaydığı hesabatına görə, ötən 10 gün ərzində İranda hər 6 saatda bir nəfər, yəni hər sutkada 4 nəfər dar ağacından asılaraq öldürülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Hesabatda 10 gün ərzində 42 məhkumun edam edildiyi və onlardan 22-nin etnik bəluc məhbus olduğu qeyd edilib.
İran İnsan Haqları Təşkilatı öz hesabatında Kərəcdəki Qızıl-Hisar həbsxanasında genişmiqyaslı edamların icrası riski ilə bağlı xəbərdarlıq edib. Təşkilat beynəlxalq ictimaiyyəti artan bu edam dalğasına dərhal və müvafiq reaksiya göstərməyə çağırıb.
Adıçəkilən təşkilatın hesabatında 2023-cü ilin dörd ayı ərzində İran zindanlarında 194 məhkumun edam olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, mayın 6-sı səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhər həbsxanasında daha 2 məhkumun edam cəzası həyata keçirilib.

Telegram Widget
🇮🇷 İranda hər 24 saatda 4 nəfər edam edilir 😢😡

İran İnsan Haqları Təşkilatının mayın 5-də yaydığı hesabatına görə, ötən 10 gün ərzində İranda hər 6 saatda bir nəfər, yəni hər sutkada 4 nəfər dar ağacından asılaraq öldürülüb.

Hesabatda 10 gün ərzində 42 məhkumun edam edildiyini və onlardan 22-nin etnik bəluç məhbuslar olduğu qeyd edilib.

İran İnsan Haqları Təşkilatı öz hesabatında Kərəcdəki Qızıl-Hisar həbsxanasında genişmiqyaslı edamların icrası riski ilə bağlı xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti artan bu edam dalğasına dərhal və müvafiq reaksiya göstərməyə çağırıb.

Adı çəkilən təşkilatın hesabatında 2023-cü ilin dörd ayı ərzində İran zindanlarında 194 məhkumun edam olunduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 6-ı səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhər həbsxanasında daha 2 məhkumun edam cəzası həyata keçirilib.

اعدام ۴ نفر در هر ۲۴ ساعت در ایران

#İran #edam