Türkiyə polisinə “Togg” verildi

Türkiyənin istehsal etdiyi “Togg” avtomobili bu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) istifadəsinə verilib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Tvitterdə yazıb.
Qeyd edək ki, 2023-cü ilin sonuna qədər 20 minə yaxın “Togg” istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.