DİN: Sumqayıtda itkin düşən 23 yaşlı qız tapılıb

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubovanın itkin düşməsi barədə məlumat verilmişdi. Həmin qız artıq tapılıb. Bu barədə Sherg.az-a DİN-nin mətbuat xidmətindən bildirilib.

“Bununla əlaqədar qeyd olunan məlumatı paylaşan media nümayəndələrindən həmin qızın fotoşəkillərinin və anket məlumatlarının silinməsi xahiş olunur”, -deyə məlumatda qeyd olunur.